22 iyun 2012 17:30
“Qurban Qurbanov mənə inandığını bildirdi”
“Qarabağ” mövsümlərarası fasilədəki ilk transferi - “İnter”dən ayrılan Elnur Abdulov bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu ilə iki illik müqavilə imzalayan futbolçu açıqlamasında bunları dilə gətirib:
“Düzdü, çoxları məni başqa iddialı klublara keçəcəyimi gözləyirdi. Amma mən “Qarabağ”ı daha üstün tutdum. Qurban Qurbanovla görüşümüz oldu. Mənə inandığını bildirdi. Bu il avrokubklarda oynamayacağıq. Amma inanıram ki, gələn mövsüm bunu artıqlamasıyla bacarmalıyıq. “Qarabağ” yerli futbolçulara daha çox inanır. Bu da mənim üçün bir şansdı. İnanıram ki, yeni komandamın uğurlarında pay sahibi olacam”.