22 iyun 2012 18:37
UEFA-nın Bursaspor haqda qərarı ləğv olundu
UEFA-nın Türkiyənin “Bursaspor” klubuna verdiyi 1 il avrokuboklardan kənarda qalmaq cəzası ləğv olunub. Azerisport.az xəbər verir ki, İdman Arbitaj Məhkəməsi (CAS) Avropa futbol qurumunun qərarını dəyişib.
Bu qərardan sonra “Bursaspor” yenidən Avropa Liqasına qatılmaq hüququ qazanıb. Cəzanı ləğv edən CAS UEFA-nın kəsdiyi 250 min avroluq cəzanı qüvvədə saxlayıb.
Qeyd edək ki, UEFA İntizam Komitəsi zambiyalı oyunçu Mbesumanın transfer haqqını vaxtında ödəmədiyi üçün “Bursaspor”u 1 il avrokuboklardan kənarlaşdırmışdı.
