22 iyun 2012 19:02
UEFA Fenerbahçenin Çempionlar Liqasında iştirakına icazə verdi
Türkiyənin “Fenerbahçe” klubu bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edə biləcək. Azerisport.az xəbər verir ki, UEFA bu komandanın qitənin ən nüfuzlu klub turnirinə qatıla biləcəyi barədə Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.
Ötən mövsüm danışılmış oyunlarla əlaqədar “Fenerbahçe”ni Çempionlar Liqasından kənarlaşdıran UEFA bu dəfə fərqli addım atıb. TFF-yə göndərilən məktuba əsasən "Fenhrbahçe" iyunun 25-də keçiriləcək Çempionlar Liqasının püşkatma mərasimində iştirak edəcək.
