22 iyun 2012 11:56
Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Lüksemburq yığması avqustun 15-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Lüksemburq millisinin rəqibi Gürcüstan yığması olacaq.
Qarşılaşma Lüksemburqun Oberkorn şəhərindəki Nouveau Stade Municipal stadionunda keçiriləcək.
