22 iyun 2012 22:44

Bakı Xorvatiya klubu üzərində qələbəni əldən verdi (YENİLƏNİB)

Sloveniyada təlim-məşq toplanışında olan "Bakı" bu gün ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın ilk rəqibi Xorvatiya yüksək liqa təmsilçisi "NK Osijek"lə qarşılaşıb.
 
Qeyd edək ki, “Bakı”nın bu gün Ukraynanın "Tavriya" (Simferopol) klubu ilə görüşməsi gözlənilirdi. Lakin son anda dəyişiklik baş verib və "zolaqlılar" xorvatlarla üz-üzə gəlməli olub.
 
"NK Osijek" son çempionatı 8-cı pillədə başa vurub. Bu komanda ilə görüşün ilk yarısında "Bakı" heç nəyə nail ola bilməyib. Amma ikinci hissənin əvvəlində hesab açılıb. Nurlan Novruzovun zərbəsi dəqiq olub. Lakin paytaxt klubu bu üstünlüyünü sona kimi qoruya bilməyib. 90-cı dəqiqədə xorvatlar hesabı bərabərləşdiriblər. Beləcə, oyun heç-heçə bitib. 
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Bakı” bu mövsüm artıq bir sınaq oyunu keçirimişdi. Lakin Bakıda keçirilən həmin oyunda rəqib AZAL olmuşdu və görüş heç-heçə bitmişdi – 0:0.
 
Yoxlama oyunu
22 iyun
 
BAKI - OSİJEK - 1:1 (0:0)
 
"Bakı" oyuna bu heyətlə çıxıb: 14. Aqil Məmmədov 3. Denis İvanov 2. Duye Bakoviç 21. Novruz Məmmədov 15. Cəmşid Məhərrəmov 24. Nenad Kovaçeviç 8. Xavyer Junior 10. Lukas Mario Horvat 7. Deyvidas Çesnauski 4. Qlavina 19. Nurlan Novruzov.
 
Fasilədən sonra Elvin Məmmədov, Namiq Ələsgərov, Əziz Quliyev, Şəhriyar Əliyev və Ramazan Abbasov da meydana çıxıb.
 
Matçın 57-ci dəqiqəsində "Bakı" hesabı açır - 1:0
90-cı dəqiqədə "Osijek" məğlubiyyətdən xilas olur - 1:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.