22 iyun 2012 00:05

Polşalılar Berti Foqtsu yığmamızdan ayırır

Futbol üzrə Azərbaycan yığması baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, Polşa Futbol İttifaqı yığmamızın baş məşqçisi Berti Foqtsla ciddi şəkildə maraqlanır.
 
Hazırda davam edən Avropa çempionatını yaxından izləyən azerisport.az saytının müxbirinin əldə etdiyi məlumata görə, Polşa yığmasının uğursuz çıxışından sonra istefaya göndərilən Frantişek Smudanın boşaltdığı posta iki əsas namizəd var. Bunlardan biri polşalı mütəxəssis Valdemar Fornalik, digəri də yığmamızı çalışdıran Berti Foqtsdu.
 
Bu barədə məlumatı azerisport.az saytının müxbiri ilə söhbətində “İnternia”nın əməkdaşı, polşalı jurnalist Mixail Bialonski də təsdiqləyib. Polşa Futbol İttifaqının prezidenti Qjeqoj Lyato isə bunları dilə gətirib: “İyulun 27-də PFİ bu məsələni daha ətraflı müzakirə etməyə hazırlaşır. Hələlik iki rəsmi namizəd var. Bunlardan biri yerli Valdemar Fornalik, digəri isə əcnəbidi – almaniyalı Berti Foqts. Ümid edirəm ki, düzgün seçim edə biləcəyik”.
 
PFİ prezidenti hətta Foqtsla görüşməyə də imkan tapıb: “Bəli, Berti Foqtsla görüşmüşəm. Mən ona dəqiq başa saldım ki, yığmamızın baş məşqçisi ola bilər. Lakin hər şeyin necə alınacağını zaman göstərəcək”.
 
Qeyd edək ki, Foqtsun hazırda AFFA ilə müqaviləsi var. Bu müqaviləyə əsasən almaniyanlı mütəxəssis ən azı DÇ-2014-ün seçmə mərhələsinin sonuna qədər yığmamızı çalışdırmalıdı. Polşalıların onu millimizdən ayırmaq cəhdlərinin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.