22 iyun 2012 12:05
İnter turnirin qalibi oldu
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi həvəskar komandaların Bakı çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, finala kimi hər 4 qarşılaşmada qələbə qazanan "İnterfan-Zabrat" komandası Zabrat qəsəbəsinin stadionunda keçirilən həlledici qarşılaşmada "Binə" komandasını qəbul edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçirilən matç sonda "İnterfan-Zabrat"ın qələbəsiylə başa çatıb - 1:0.
Beləliklə, "İnterfan-Zabrat" komandası turnirin qalibi adına layig görülüb. Oyundan sonra çempionatın qaliblərinə və mükafatçılarına kuboklar, medallar və digər dəyərli hədiyyələr təqdim olunub.
