22 iyun 2012 00:14
Neftçi makedoniyalı futbolçunu sınayır (FOTO)
“Neftçi”nin düşərgəsinə yeni futbolçu gəlib. Azerisport.az xəbər verir ki, bu, makedoniyalı Borçe Manevskidi.
26 yaşlı hücumameyli yarımmüdafiəçi hazırda Türkiyənin Bolu şəhərində – “Neftçi”nin düşərgəsindədi. Baş məşqçi Böyükağa Hacıyev onu ötən gün Rusiyanın “Mordoviya” klubu ilə oyunda sınaqdan keçirib. Bəyəniləcəyi halda “Neftçi” Borçe ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, Manevski karyerasına Makedoniyanın “Pelister” klubunda (2003-2004) başlayıb. 2004-2005 mövsümünü “Pobeda”da keçirən (37 oyun, 11 qol) futbolçu növbəti mövsümdə Polşanın “Qornik” klubunda çıxış edib (25 oyun). 2007-ci ildə yenidən “Pobeda”ya dönən Borçe (11 oyun, 2 qol) 2008-də Makedoniyanın “Milano Kumanovo” klubunda top qovub (20 oyun, 7 qol). 2009-2010 mövsümünü Serbiyanın “Banat” klubunda keçirən Manevski 2010-cu ildən Makedoniya “Rabotniçki”sinin şərəfini qoruyur – 56 oyun, 36 qol.
Minevski U-17 (3 oyun), U-19 (2 oyun), U-21 (9 oyun) yığmalarında oynayıb və 2010-cu ildən sonra 2 dəfə A milliyə çağırılıb.
