22 iyun 2012 12:51
Tərlan Əhmədov: Səhvləri aradan qaldırmaq imkanımız olacaq
Azərbaycan çempionu "Neftçi"nin məşqçisi Tərlan Əhmədov "Mordoviya" ilə ötən gün baş tutan yoxlama oyunu barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
"Hər iki matçda meydana çıxmış futbolçular 90 dəqiqə əvəzlənmədən oynadı. Ağır fiziki məşqlərdən sonra hər iki hissəni eyni səviyyədə keçirmək çətin olur. Üstəlik baxışda olan futbolçuları da yoxladıq. Qarşıda daha 2 yoldaşlıq matçımız var. Demək səhvləri aradan qaldırmaq imkanımız olacaq. Çalışacağıq ki, hazırlıqlar bitənə kimi komandanı tam hazır vəziyyətə gətirək".
