22 iyun 2012 13:12
Poştiqa: Azərbaycanla səfər oyunumuz asan olmayacaq
Polşa və Ukraynada keçirilən Avropa çempionatında ilk yarımfinalçı Portuqaliya yığması oldu. Komandanın aparıcı hücumçularından olan Elder Poştiqa isə azerisport.az saytının müxbiri ilə söhbətində DÇ-2014-ün seçmə mərhələsində qarşılaşacaqları Azərbaycanla da bağlı fikirlərini açıqlayıb:
“Azərbaycan? Əlbəttə, biz bilirik ki, növbəti seçmə mərhələdəki rəqiblərimizdən biridi. Amma indi yox. Biz Avropa çempionatının yarımfinalına vəsiqə qazandıq. Ona görə də başqa heç nə düşünmək istəmirik. Lakin bir halda ki, sual verdiniz, cavab olaraq deməliyəm ki, indi həqiqətən bu haqda danışmaq həqiqətən çətindi. Çünki seçmə mərhələnin startına hələ xeyli vaxt var. Bu vaxt ərzində bir çox dəyişikliklər ola bilər. Eləcə də bizim yığmamızda. Azərbaycan yığmasına gəlincə, əminəm ki, bu komanda ilə səfər oyunumuz asan olmayacaq”.