23 iyun 2012 01:04
Azərbaycan yığmasının müdafiəçisi rəsmən Eskişehirsporda (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü bundan sonrakı karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Belə ki, Budaq “Eskişehirspor” klubu ilə müqavilə imzalayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Ufuk Almaniyanın “SC Freiburg” klubunun ikinci komandasında çıxış edirdi. 1990-cı ildə Almaniyada anadan olan sol cinah müdafiəçisi bu ölkədə “Heidenheimer” və “Ulm” klublarında da çıxış edib. İndiyə qədər 8 dəfə Azərbaycan millisinin formasını geyinib.
Maraq üçün xatırladaq ki, Ufuk “Eskişehirspor”da çıxış edəcək millimizin ikinci üzvü olacaq. Bundan öncə yığmamızın digər müdafiəçisi Rəşad Sadıqov da bu Türkiyə klubunda forma geymişdi.
