23 iyun 2012 01:28
Simurqda yeni baş məşqçi (FOTO)
"Simurq" Peşəkar Futbol Klubu məşqçilər korpusunda dəyişiklik edib. Azerisport.az xəbər verir ki, ötən mövsüm əvəzedici heyətə başçılıq etmiş Nizami Ocaqverdiyev vəzifəsindən kənarlaşdırılıb.
Onun əvəzində komandanın sükanı arxasına Rövşən Babayev gətirilib. Gənc mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Rövşən Babayev 2007-ci ildən Bakının "İnter" klubunun uşaq gənclər futbol məktəbində işləyib. UEFA-nın "A" kateqoriyalı məşqçisidi.
