23 iyun 2012 01:58
Mustafa Dənizli istefa verdi
İranın “Persepolis” klubunu çalışdıran Mustafa Dənizli gözlənilməz qərar verib. Azerisport.az xəbər verir ki, türk mütəxəssis İran klubundan istefa verib.
“Persepolis”in rəsmi internet saytı bu barədə açıqlama yayıb: “Şəxsi və ailəvi problemlərini həll etmək üçün bu günə qədər bir neçə dəfə rəhbərlikdən icazə istəmiş Mustafa Dənizli problemlərini həll edə bilmədiyi üçün rəhbərlik və azarkeşlərdən üzr istəyərək istefa verib”.
Qeyd edək ki, Dənizli ötən ilin dekabr ayında “Persepolis”lə 1,5 illik müqavilə imzalamışdı.
