23 iyun 2012 02:22
Klublarımızın avrokuboklar üçün heyəti şəkillənir
İyunun 25-də Nyonda UEFA Çempionlar Liqasının, eləcə də Avropa Liqasının ilkin təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, avrokubokların yeni mövsümündə Azərbaycanı təmsil edəcək klublar da öz rəqiblərini tanımış olacaqlar.
Məlum olduğu kimi, son ölkə çempionu “Neftçi” Çempionlar Liqasında, “Xəzər Lənkəran”, “Bakı” və “İnter” isə Avropa Liqasında çıxış edəcək. Artıq sözügedən turnirlərin startı yaxınlaşdıqca klublarımız da hazırlıqlarını sürətləndirirlər.
Hamısı ölkə xaricində təlim-məşq toplanışında olan təmsilçilərimiz heyətlərini də gücləndirməyi unutmurlar. Bu mənada xüsusilə “İnter”in fəallığını vurğulamaq yerinə düşərdi.
Lakin yeni futbolçuların alınması prosesi hələ də davam edir. Klublarımızın iştirak ərizələrini UEFA-ya təqdim etməsinə hələ xeyli vaxt var. Azərbaycan klublarının avrokuboklar öncəsi iştirak ərizələri isə hələlik belədi:
NEFTÇİ: Rauf Mehdiyev, Saşa Stamenkoviç, Rail Məlikov, İqor Mitreski, Bruno Bertuççi, Kərim Diniyev, Elvin Yunuszadə, Flavinyo, Mirhüseyn Seyidov, Rəşad Sadiqov, Rodriqinyo, Julius Vobay, Cavid İmamverdiyev, Bahodir Nasimov, Emin Mehdiyev, İlham Allahverdiyev.
BAKI: Aqil Məmmədov, Xalidu Sissoko, Denis İvanov, Cəmşid Məhərrəmov, Novruz Məmmədov, Ramazan Abbasov, Şəhriyar Əliyev, İbrahim Karqbo, Deyvidas Çesnauski, Elvin Məmmədov, Aleksandr Şoliç, Əziz Quliyev, Rəhman Hacıyev, Xavyer Junior, Uinston Parks, Maris Verpakovski, Duje Bakoviç, Edemir Rodriqes, Marko Horvat, Nenad Kovaçeviç.
XƏZƏR LƏNKƏRAN: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı, Elnur Allahverdiyev, Eder Bonfim, Ruslan Abışov, Rahid Əmirquliyev, Manuel Skarlatake, Elnur Abdullayev, Adrian Pit, Rikardo Qomeş, Alim Qurbanov, Branimir Subaşiç, Kamran Abdullazadə, Akif Tağıyev, Radomir Todorov, Sadio Tounkara, Roberto Alviz, Rendal Brenes.
İNTER: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze, Valeri Abramidze, Vladimir Levin, Asif Məmmədov, Asif Mirili, Petar Zlatinov, Samir Zərgərov, Nizami Hacıyev, İbrahima Niasse, Arif Daşdəmirov, İlia Kandelaki, Ruslan Əmircanov, Slavço Georgiyevski, Ramil Həşimzadə, Baçana Tsxadadze, Tales Şütz, Georgi Lomaya, Daniel Genov.
