23 iyun 2012 14:20
Neftçi Makedoniya yığmasının üzvündən imtina etdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev baxışda olan Borçe Manevski ilə bağlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Mordoviya” klubu ilə görüşdə sınanan makedoniyalı futbolçunun oyunu baş məşqçini razı salmayıb. Bu səbəbdən 26 yaşlı hücumameyli yarımmüdafiəçi geri qaytarılıb.
Qeyd edək ki, Manevskm “Neftçi”yə Makedoniyanın “Rabotniçki” klubundan gəlmişdi. O, əvvəllər Makedoniyanın “Pelister”, “Pobeda”, “Milano Kumanovo”, Serbiyanın “Banat” və Polşanın “Qornik” klublarında çıxış edib, ölkə yığmasında 2 oyun keçirib.
