23 iyun 2012 16:40

Dmitri Kramarenko: İnter avrokuboklarda hamıdan yaxşı çıxış edəcək

“Simurq”un qapıçısı Dmitri Kramarenko azerisport.az saytına müsahibəsində Çempionlar Liqasında və Avropa Liqasında iştirak edəcək klublarımızın şanslarını dəyərləndirib.
 
- Azərbaycanı avrokuboklarda təmsil edəcək klublardan yeni mövsümdə nə gözləyirsiz?
- Ancaq qələbə. Özü də mümkün qədər irəli getmələrini. Həmçinin yaxşı oyun arzulayıram. İndi qarıdakı oyunlara yaxşı hazırlaşmaq çox vacibdi.

- “Qarabağ”ın avrokuboklardan kənarda qaldığını nəzərə alsaq, kimdən daha uğurlu nəticə gözləyirsiz?
- Düzünü deyim ki, hamı “Qarabağ”ın son üç mövsümdəki uğurlu çıxışına alışmışdı. İstərdim ki, bütün klublarımız ən azı iki mərhələ keçə bilsinlər. Tamamilə mümkün olan bir vəzifədi. Həm də özünə hörmət edən hər bir məşqçi qarşısına məhz belə hədəf qoymalıdı. Nədənsə mənə elə gəlir ki, “İnter” hamıdan yaxşı çıxış edəcək.
 
- Hələ ki, klublarımız Avropa klubları ilə sınaq görüşlərində bir qayda olaraq məğlubiyyətlərlə üzləşirlər. Bu, nədən xəbər verir?
- Yoxlama oyunlarındakı məğlubiyyətlər heç nədən xəbər vermir. Bu, toplanışdı, heyətdə dəyişikliklər edirlər, funksional hazırlıqlar gedir. Bütün oyunlar fiziki yüklənmə ilə eyni vaxta təsadüf edir. Biz hər şeyin əslində necə olduğunu rəsmi oyunlarda görəcəyik. Özü də klublarımızın ilk oyunu harda keçirməsindən çox şey asılıdı. Məncə, səfərdə başlamaları daha yaxşı olardı.
 
- “Neftçi”nin Rusiya Premyer Liqasının debütantı “Mordoviya”ya 4 cavabsız qolla uduzması ciddi siqnal deyil?
- Gəlin “Neftçi”nin belə böyük hesabla uduzmasını şişirtməyək. Tələsmək lazım deyil. Onu da görmüşük ki, bütün yoldaşlıq oyunlarında qələbə qazanan komanda avrokuboklarda məğlubiyyətlə üzləşib.
 
- Bu komandada yeddi aparıcı futbolçu ilə yollar ayrılsa da, hələlik onların yeri tam doldurulmayıb. Qısa müddət ərzində bu boşluğu aradan qaldırmaq mümkün olacaq?
- Bunu məşqçilər daha yaxşı görürlər. Görünür, onları nəsə qane etmədiyi üçün həmin futbolçularla yollar ayrılıb. Amma mən heç olmasa Rəşad Abdullayevi saxlayardım. O, komandaya böyük fayda verə bilərdi.
 
- “Xəzər Lənkəran”, “Bakı” və “İnter” Avroliqanın ilkin təsnifat mərhələsinin püşkatmasında “səpələnmişlər” səbətində yer alacaqlar. Sizcə, məhz bu üzdən Azərbaycan klubları ilk dəfə üçqat uğura imza ata bilər?
- Ümid edək ki, belə də olacaq. Məsələn, Yunis Hüseynovlu “Xəzər Lənkəran” hücum futboluna üstünlük verəcək. Bu komandada hər cür şərait var ki, uğur qazansın. “Bakı”ya gəlincə, Novruz Əzimovla onlar daha maraqlı futbol sərgiləməyə başlayıblar. Bütün klublarımıza uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.