23 iyun 2012 16:33
Yunis Hüseynov Hüseynovdan imtina etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Cavid Hüseynovla bağlı son qərarını verib. Azerisport.az xəbər verir ki, “Neftçi”nin sabiq yarımmüdafiəçisinin cənub klubuna keçidi gündəmdə idi.
Lakin “ağ-yaşıllar” Hüseynovla müqavilə bağlamamağa qərar veriblər. Halbuki, baş məşqçi onu baxışa çağırdığından, Hüseynovun “Xəzər Lənkəran”a keçəcəyi gözlınilirdi.
“Görünür, Hüseynov qərarını dəyişib. Onlar mənimlə müqavilə bağlamaq istədiklərini deyirdilər. Lakin sonradan imtina etdilər. Hazırda başqa variantları gözdən keçirirəm” – deyə Cavid Hüseynov saytımıza açıqlamasında bildirib.
