23 iyun 2012 17:45
Bakı sabah Mura ilə qarşılaşacaq
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Bakı” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu Sloveniya toplanışı çərçivəsində ikinci yoxlama oyunu keçirməyi planlaşdırır.
“Zolaqlılar”ın növbəti rəqibi isə yerli “Mura” klubu olacaq. Qarşılaşma iyunun 24-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
"Mura 05" 1924-cü ildə təsis olunub. 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olub.
Xatırladaq ki, “Bakı” Sloveniya toplanışı çərçivəsindəki ilk oyununda Xorvatiya “Osijek”i ilə sülh bağlamışdı – 1:1.
