23 iyun 2012 19:36
Azərbaycan - Bəhreyn oyunu gürcü hakimlərə həvalə olundu
Azərbaycan və Bəhreyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən görüşü gürcüstanlı hakimlər idarə edəcək.
Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, avqustun 15-də, Bakı şəhərində Azərbaycan və Bəhreyn milli komandaları arasında keçiriləcək oyunu adları aşağıda göstərilmiş gürcüstanlı hakimlər idarə edəcəklər:
Baş hakim: George Vadaçkoria
Baş hakimin köməkçiləri: Giorgi Kruaşvili, Levan Varamişvili
