23 iyun 2012 19:44
Qarabağ Bundesliqadan qapıçı aldı (FOTO
“Qarabağ”ın 2012-2013 mövsümü üçün transfer çalışmaları sürətlə davam edir. Azerisport.az xəbər verir ki, Elnur Abdulovun ardından daha bir keçid rəsmiləşib.
Daim öz fəlsəfəsinə üstünlük verən Ağdam klubu dünyanın ən güclü çempionatlarından sayılan Almaniya Bundesliqasından oyunçu transfer edib.
“Qarabağ” cari mövsüm “Köln”ün şərəfini qorumuş və 2 matçda start heyətində çıxmış Miro Varvodiçi sıralarına qatıb.
1989-cu il təvəllüdlü qolkiper 191 sm boy malikdir. “Köln”ə qədər ölkəsində “Hayduk”un futbolçusu olub. Xorvatiyalı ölkəsinin aşağı yaş komandalarının şərəfini qoruyub.
