23 iyun 2012 20:05
“Qarabağla çempionluq yaşayacam”
“Qarabağ”ın yeni transferi - Miro Varvodiç bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 23 yaşlı qolkiper böyük hədəflərinin olduğunu bildirib:
“Qarabağ”a gəlməyim heç də təsadüfi deyil. Bilirəm ki, bu il olmasa da, yeni komandam daim avrokuboklarda çıxış edir və qənaətbəxş nəticələr əldə edir. Bura uğur qazanmaq üçün gəlmişəm. İnanıram ki, ən yaxşısını edib “Qarabağ”la çempionluq yaşayacam. Və təbii ki, avrokuboklarda uğur qazanmaq da əsas arzularımdan biridi”.
Xatırladaq ki, Varvodiçlə 2 illik müqavilə bağlanıb.
