23 iyun 2012 20:30
Xəzər Lənkəran Cüneyt Biçerlə yollarını rəsmən ayırdı
Bu gün “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyi və komandanın aşağı yaş qruplar üzrə koordinatoru Cüneyt Biçer arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə tərəflərin qarşılıqlı razılığı əsasında klubun türkiyəli məşqçi ilə yollarını ayırması qərara alınıb.
“Xəzər Lənkəran” Futbol Klubu Cüneyt Biçerə komandanın aşağı yaş qrupları üzrə koordinatoru, eləcə də baş məşqçi postunda olduğu müddətdə gördüyü bütün işlərə görə təşəkkürünü bildirib və mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
