24 iyun 2012 01:38
Rəvan yeni baş məşqçi ilə hazırlıqlara start verdi (FOTOREPORTAJ)
“Rəvan” yeni mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, yeni baş məşqçi Cavad Gülər komandanı ilk dəfə məşqə çıxarıb.
Məşqdə ötən mövsümdən komandada saxlanılan futbolçular, yeni transferlər və əvəzedici komandadan əsas heyətə cəlb olunmuş bir neçə futbolçu iştirak edib. Hazırlıq prosesinin birinci mərhələsində nəzərdə tutulan bütün məşqlər gündə iki dəfə olmaq şərti ilə “Dalğa Arena”da keçiriləcək.
