24 iyun 2012 01:43
Neftçi və Qarabağ Türkiyə mediasının diqqət mərkəzində (VİDEO)
Azərbaycan futbolu yenidən Türkiyə mediasının diqqət mərkəzində düşüb. Azerisport.az xəbər verir ki, “Samanyolu Haber” telekanalında “Qarabağ” və “Neftçi” klubları ilə bağlı sənədli film yayımlanıb.
“Futbolun Aynası” verilişi bu futbol klublarının tarixini, təmsil etdiklərin şəhərin gözəlliklərini anladıb. Verilişdə “Neftçi”nin Bakının ən önəmli klubu olması, “Qarabağ”ın isə torpaqlarının işğal altında olması üzündən paytaxtda məskunlaşması da diqqətə çatdırılıb.
