24 iyun 2012 14:26
“Fransa yığmasının bütün gözəlliklərini görmək üçün Azərbaycana qarşı oynamaq lazımdı”
Fransa mətbuatı bu ölkənin yığma komandasının AÇ-2012-nin 1/4 final mərhələsində İspaniyaya məğlubiyyətindən sonra baş məşqçi Loran Blanı tənqid etməyə davam edirlər. Azerisport.az xəbər verir ki, fransızların komandanın son dünya və Avropa çempionuna qarşı həddən artıq “dişsiz” oyun sərgiləməsindən narazılıqlarını dilə gətirərkən, hətta Azərbaycan millisini də yada salıblar:
“Blan iddia edir ki, onun komandası ikinci hissədə bütün gücünü meydanda qoydu, texnika baxımından çox yaxşı təsir bağışladı. Amma İspaniya kimi komanda ilə oyunda bunu həyata keçirmək çox çətin idi. Onun sözlərindən yalnız bir nəticə çıxarmaq olar: Fransa yığmasının bütün gözəlliklərini görmək üçün Azərbaycana qarşı oynamaq lazımdı”.