24 iyun 2012 20:43
“Məqsədimiz ÇL-də layiqli oyun nümayiş etdirməkdi”
"Neftçi" PFK-nın qapıçısı Rauf Mehdiyev hazırlıqla bağlı klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Hazırki məşqlərimiz əsasən fiziki göstəricilərimizin yaxşılaşmasına hesablanıb. Hazırlıqda mən və Saşa Stamenkoviçlə yanaşı iki gənc qapıçı, Rəşad Əzizli və Emil Balayev də iştirak edir. Onların əsas komanda ilə məşqlərə cəlb olunması təcrübə qazanmaqları baxımından çox vacibdir. Məqsədimiz Çempionlar Liqasında layiqli oyun nümayiş etdirməkdi. Təbii ki, rəqibin hansı komanda olacağı da önəm kəsb edir".
