25 iyun 2012 00:04
Diqqət Nyona: Azərbaycan klublarının ilk rəqibləri bəlli olur
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının, eləcə də Avropa Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan klublarının da rəqibləri bəlli olacaq.
Məlum olduğu kimi, Azərbaycanı Çempionlar Liqasında son ölkə çempionu “Neftçi” təmsil edəcək. Avropa Liqasında isə ölkə kubokunun qalibi “Bakı”, Premyer Liqanın gümüş mükafatçısı “Xəzər Lənkəran”, eləcə də bürünc medalların sahibi “İnter” özünü sübut etməyə çalışacaq.
“Neftçi”ni ÇL-də çox çətin sınaq gözləyir. Məsələ burasındadı ki, “ağ-qaralar” ikinci təsnifat mərhələsinin püşkatması zamanı səpələnməmişlər sırasında yer alacaq. Bu isə o deməkdi ki, püşk Böyükağa Hacıyevin komandasının bəxtinə özündən daha güclü rəqibləri çıxarmış olacaq. Bu mənada “ağ-qaralar”ın potensial rəqibləri arasında İsveçrə “Basel”inin adını xüsusi qeyd etmək lazımdı. Hansı ki, bu komanda ÇL-in ötən mövsümünün 1/8 finalında Almaniyanın “Bayern” klubunu 1:0 hesabıyla məğlub etmişdi. Düzdü, finalda İngiltərənin “Chelsea” klubu ilə qarşılaşan Münhen klubu “Basel”i doğma meydanda 7 cavabsız qolla mübarizədən kənarlaşdıra bilmişdi. Lakin istənilən halda İsveçrə çempionu “Neftçi” üçün kifayət qədər əzəmətli rəqib təsiri bağışlayır. Norveçin “Molde” klubu da eyni dərəcədə təhlükəli rəqiblərdən sayıla bilər. Hansı ki, “Manchester United”in keçmiş ulduzu Sulşerin rəhbərliyi altında uğurlu mövsüm keçirməkdədi.
“Neftçi”nin potensial rəqiblərinin siyahısında Zaqreb “Dinamo”sunun, Belqrad “Partizan”ının, Borisov BATE-sinin, Helsinki HİK-nin olması yəqin ki, heç kimi təəccübləndirmir. Elə təəssürat yaranır ki, sanki bu ölkələrdə başqa klublar yoxdu və sözügedən komandalar bu üzdən tez-tez ÇL-də iştirak hüququ qazanırlar.
Lakin siyahıda “Slask” kimi ekzotik klub da var. Polşa çempionatında 30 ildən çoxdu çempionluq sevinci yaşamayan bu komanda indi ÇL-də uğur qazanmaq istəyir. Eyni sözləri altı illik fasilədən sonra Çexiya çempionu olmuş “Slovan”a, Kiprin “AEL Limassol” klubuna da aid etmək olar.
“Neftçi”nin bütün potensial rəqiblərinin siyahısı aşağıdakı kimidi: Basel (İsveçrə), BATE (Belarus), Red Bull Salzburg (Avstriya), Dinamo (Zaqreb, Xorvatiya), Zilina (Slovakiya), Partizan (Serbiya), Helsingborg (İsveç), Şerif (Moldova), Debrecen (Macarıstan), Maribor (Sloveniya), Ventspils (Latviya), Slovan (Çexiya), Slask (Polşa), HJK (Finlandiya), AEL Limassol (Kipr), Ekranas (Litva), Zestafoni (Gürcüstan).
Qeyd edək ki, ÇL-in birinci təsnifat mərhələsində yalnız 6 klub mübarizə aparacaq. Bunlar cırtdan ölkələrin təmsilçiləridi. Həmin klublar da müvafiq olaraq səpələnmişlərə və səpələnməmişlərə bölünüblər.
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Linfield (Şimali İrlandiya)
|
Tre Penne (San Marino)
|
|
Dudelange (Lüksemburq)
|
Lusitanos (Andorra)
|
|
Valletta (Malta)
|
Torshavn (Farer adaları)
|
ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-4-də, cavab görüşləri isə ayın 10-11-də keçiriləcək. Növbəti mərhələyə yüksələcək üç klub Azərbaycan çempionu “Neftçi” ilə yanaşı səpələnməmişlər səbətində yer alacaqlar və daha güclü rəqiblərlə düşməli olacaqlar.
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Basel (İsveçrə)
|
Shamrock Rovers (İrlandiya)
|
|
BATE (Belarus)
|
İroni Kiryat Shmona (İsrail)
|
|
Red Bull Salzburg (Avstriya)
|
Molde (Norveç)
|
|
Dinamo (Zaqreb, Xorvatiya)
|
Zeljeznicar (Bosniya və Herseqovina)
|
|
Zilina (Slovakiya)
|
Reykjavik (İslandiya)
|
|
Partizan (Serbiya)
|
Ludogorets (Bolqarıstan)
|
|
Helsingborg (İsveç)
|
The New Saints (Uels)
|
|
Şerif (Moldova)
|
Buducnost (Monteneqro)
|
|
Debrecen (Macarıstan)
|
Flora (Estoniya)
|
|
Maribor (Sloveniya)
|
NEFTÇİ (AZƏRBAYCAN)
|
|
Ventspils (Latviya)
|
Şaxtyor (Karaqandi, Qazaxıstan)
|
|
Slovan (Çexiya)
|
Skenderbeu (Albaniya)
|
|
Slask (Polşa)
|
Vardar (Makedoniya)
|
|
HJK (Finlandiya)
|
Ulisses (Ermənistan)
|
|
AEL Limassol (Kipr)
|
Linfield və ya rəqibi
|
|
Ekranas (Litva)
|
Dudelange və ya rəqibi
|
|
Zestafoni (Gürcüstan)
|
Valletta və ya rəqibi
|
İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 17-18-də, cavab görüşləri 24-25-də keçiriləcək. Qalib gələcək 17 komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Avropa Liqasına gəlincə, qitənin ikinci dərəcəli klub turnirinin birinci təsnifat mərhələsində 74 komanda mübarizə aparacaq. 74 cüt arasından çıxacaq 37 qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Hansı ki, növbəti mərhələdə onlara daha 43 komanda qoşulacaq və bu kollektivlər birgə üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Azərbaycan klubları ilkin təsnifat mərhələsində hamısı səpələnmişlər sırasında qərarlaşıb. Bu isə o deməkdi ki, “İnter”, “Bakı” və “Xəzər Lənkəran” birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alan nisbətən zəif komandalarla üz-üzə gələcək. Lakin ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaqları halda bütün təmsilçilərimiz səpələnməmişlər arasında yer alacaqlar və bir qədər güclü klublarla üz-üzə gəlmək məcburiyyətində qalacaqlar. Yeganə istisna olaraq vurğulamaq yerinə düşər ki, Avroliqadakı təmsilçilərimizin mümkün rəqibləri arasında yer alan Ermənistan klublarıyla qarşılaşmağımız mümkün deyil. Çünki UEFA püşkatma öncəsi məhz bu və ya digər məqamları nəzərə alaraq, iştirakçıları xüsusi qruplara böləcək.
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Twente (Hollandiya)
|
MTK (Macarıstan)
|
|
Lech (Polşa)
|
Metallurg (Skopye, Makedoniya)
|
|
Rosenborg (Norveç)
|
Şiauliai (Litva)
|
|
Elfsborg (İsveç)
|
Zimbru (Moldova)
|
|
Kalmar (İsveç)
|
JJK (Finlandiya)
|
|
Aktobe (Qazaxıstan)
|
Flamurtari (Albaniya)
|
|
St. Patricks (İrlandiya)
|
Cliftonville (Şimali İrlandiya)
|
|
Stabek (Norveç)
|
Torpedo (Kutaisi, Gürcüstan)
|
|
Gomel (Belarus)
|
UE Santa Coloma (Andorra)
|
|
Metallurg (Rustavi, Gürcüstan)
|
Llanelli (Uels)
|
|
Sarajevo (Bosniya və Herseqovina)
|
Crusaders (Şimali İrlandiya)
|
|
Bohemians (İrlandiya)
|
Jeunesse (Lüksemburq)
|
|
Senica (Slovakiya)
|
Mura (Sloveniya)
|
|
Osijek (Xorvatiya)
|
Celje (Sloveniya)
|
|
Hafnarfyordur (İslandiya)
|
Daugava (Latviya)
|
|
Levadia (Estoniya)
|
Zeta (Monteneqro)
|
|
Pünik (Ermənistan)
|
İBV (İslandiya)
|
|
Dacia (Moldova)
|
Narva (Estoniya)
|
|
BAKI (AZƏRBAYCAN)
|
Hibernians (Malta)
|
|
Borac (Bosniya və Herseqovina)
|
Floriana (Malta)
|
|
Metallurg (Liepaya, Latviya)
|
Tor Akureyri (İslandiya)
|
|
Bangor City (Uels)
|
Ordabasi (Qazaxıstan)
|
|
Differdange (Lüksemburq)
|
Jetisu (Qazaxıstan)
|
|
Honved (Macarıstan)
|
Nomme (Estoniya)
|
|
Suduva (Litva)
|
NSİ Runavik (Farer adaları)
|
|
Jagodina (Serbiya)
|
Portadown (Şimali İrlandiya)
|
|
MYPA (Finlandiya)
|
Grevenmacher (Lüksemburq)
|
|
Tirana (Albaniya)
|
Gandzasar (Ermənistan)
|
|
Olimpija (Sloveniya)
|
Çelik (Monteneqro)
|
|
Renova (Makedoniya)
|
Eschen/Mauren (Lixtenşteyn)
|
|
İNTER (AZƏRBAYCAN)
|
Teuta (Albaniya)
|
|
Rudar (Monteneqro)
|
Vikingur (Farer adaları)
|
|
KuPS (Finlandiya)
|
FC Santa Coloma (Andorra)
|
|
Shkendija (Makedoniya)
|
Cefn Druids (Uels)
|
|
Birkirkara (Malta)
|
Shirak (Ermənistan)
|
|
Streymur (Farer adaları)
|
La Fiorita (San Marino)
|
|
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN)
|
Libertas (San Marino)
|
Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 5-də, cavab qarşılaşmaları ayın 12-də keçiriləcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, ilkin təsnifat mərhələsinin 37 qalibinə növbəti mərhələdə daha 43 komanda qoşulacaq və bu kollektivlər üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər. Həmin 43 klub da artıq məlumdu. Onların da siyahısını diqqətinizə çatdırırıq:
APOEL (Kipr), Asteras (Yunanıstan), Anorthosis (Kipr), Young Boys (İsveçrə), Viktoria (Çexiya), Bursaspor (Türkiyə), Gent (Belçika), Legia (Polşa), Levski (Bolqarıstan), Crvena Zvezda (Serbiya), Metallurg (Donetsk, Ukrayna), CSKA (Sofiya, Bolqarıstan), Anji (Rusiya), Vitesse (Hollandiya), Mlada Boleslav (Çexiya), Rapid (Rumıniya), Slovan (Slovakiya), Hajduk (Xorvatiya), Bnei Yehuda (İsrail), Ried (Avstriya), AIK (İsveç), Aarhus (Danimarka), Aalesund (Norveç), Maccabi (Netanya, İsrail), Servette (İsveçrə), Admira Wacker (Avstriya), Ruch (Polşa), Spartak (Trnava, Slovakiya), Tromse (Norveç), Slaven (Xorvatiya), Vojvodina (Serbiya), St. Johnstone (Şotlandiya), Naftan (Belarus), Şaxtyor (Saliqorsk, Belarus), Inter Turku (Finlandiya), Videoton (Macarıstan), Şiroki Brijeg (Bosniya və Herseqovina), Skonto (Latviya), Lokomotiv (Plovdiv, Bolqarıstan), Sligo Rovers (İrlandiya), Dila Gori (Gürcüstan), Milsami (Moldova), Jalgiris (Litva).
İkinci təsnifat mərhələsinin oyunları 19-26 iyul tarixlərində baş tutacaq.
