25 iyun 2012 15:25

Neftçinin rəqibi Gürcüstan çempionu oldu (YENİLƏNİB)

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Neftçi”nin də rəqibi bəlli olub.
 
“Ağ-qaralar”ın ÇL-də çox çətin rəqiblərlə düşməsi mümkün idi. Məsələ burasındadı ki, Böyükağa Hacıyevin yetirmələri ikinci təsnifat mərhələsinin püşkatması zamanı səpələnməmişlər sırasında yer almışdı. Bu isə o demək idi ki, püşk “Neftçi”nin bəxtinə özündən daha güclü rəqibləri çıxaracaqdı.

Lakin mərasimdə öncə birinci təsnifat mərhələsinin püşkü atıldı. Qeyd edək ki, ÇL-in birinci təsnifat mərhələsində cəmi 6 klub mübarizə aparacaq. Bunlar cırtdan ölkələrin təmsilçiləridi. Həmin klublar da müvafiq olaraq səpələnmişlərə və səpələnməmişlərə bölünmüşdülər.
 
Səpələnmişlər
Səpələnməmişlər
Linfield (Şimali İrlandiya)
Tre Penne (San Marino)
Dudelange (Lüksemburq)
Lusitanos (Andorra)
Valletta (Malta)
Torshavn (Farer adaları)
 
Püşkatma nəticəsində isə həmin klublar bir-biri ilə belə rəqib oldular:
 
Linfield – Torshavn
Dudelange - Tre Penne
Valletta – Lusitanos
 
ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-4-də, cavab görüşləri isə ayın 10-11-də keçiriləcək. Növbəti mərhələyə yüksələcək üç klub Azərbaycan çempionu “Neftçi” ilə yanaşı səpələnməmişlər səbətində yer alacaqlar və daha güclü rəqiblərlə mübarizə aparmalı olacaqlar.
 
İkinci təsnifat mərhələsinin iştirakçılarının ümumi siyahısı belə idi:
 
Səpələnmişlər
Səpələnməmişlər
Basel (İsveçrə)
Shamrock Rovers (İrlandiya)
BATE (Belarus)
İroni Kiryat Shmona (İsrail)
Red Bull Salzburg (Avstriya)
Molde (Norveç)
Dinamo (Zaqreb, Xorvatiya)
Zeljeznicar (Bosniya və Herseqovina)
Zilina (Slovakiya)
Reykjavik (İslandiya)
Partizan (Serbiya)
Ludogorets (Bolqarıstan)
Helsingborg (İsveç)
The New Saints (Uels)
Şerif (Moldova)
Buducnost (Monteneqro)
Debrecen (Macarıstan)
Flora (Estoniya)
Maribor (Sloveniya)
NEFTÇİ (AZƏRBAYCAN)
Ventspils (Latviya)
Şaxtyor (Karaqandi, Qazaxıstan)
Slovan (Çexiya)
Skenderbeu (Albaniya)
Slask (Polşa)
Vardar (Makedoniya)
HJK (Finlandiya)
Ulisses (Ermənistan)
AEL Limassol (Kipr)
Linfield və ya rəqibi
Ekranas (Litva)
Dudelange və ya rəqibi
Zestafoni (Gürcüstan)
Valletta və ya rəqibi
 
Lakin UEFA püşkatma öncəsi ikinci təsnifat mərhələsinin iştirakçılarını müəyyən amillər nəzərə alınmaqla bir neçə qrupa ayırmışdı. Belə ki, Azərbaycan çempionu aşağıdakı altı klubdan biri ilə düşəcəkdi: "Dinamo" (Zaqreb), "Partizan", "Şerif", "Slovan", "Slask" və "Zestafoni".
 
Püşkatma nəticəsində "Neftçi" Gürcüstan çempionu "Zestafoni" ilə düşdü. Bu mənada komandamızın ən zəif rəqiblə düşdüyünü və bəxtinin gətirdiyini demək olar. İndi qalır bu şansdan maksimum yararlanmaq. Yalnız cavab matçının səfərdə keçirilməsi gürcülərə müəyyən üstünlük qazandıra bilər.
 
Bütövlükdə isə, ikinci təsnifat mərhələsinin iştirakçıları aşağıdakı şəkildə mübarizə aparacaqlar:
 
Skenderbeu – Debrecen
Maribor – Zeljeznicar
Zilina - İroni Kiryat Shmona
BATE - Vardar
AEL Limassol – Linfield/Torshavn
Shamrock Rovers – Ekranas
Flora – Basel
The New Saints - Helsingborg
HJK - Reykjavik
Molde – Ventspils
Dudelange/Tre Penne - Red Bull Salzburg
Slovan - Şaxtyor (Karaqandi)
Ludogorets - Dinamo (Zaqreb)
NEFTÇİ – Zestafoni
Ulisses – Şerif
Valletta/Lusitanos – Partizan
Buducnost – Slask
 
İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 17-18-də, cavab görüşləri 24-25-də keçiriləcək. Qalib gələcək 17 komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.