24 iyun 2012 11:02

Cavid Hüseynov: Neftçi bunu etməklə səhvə yol verdi

“Neftçi”nin sabiq yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib, eləcə də “Xəzər Lənkəran”a keçidinin baş tutmamasının səbəblərini açıqlayıb.

- “Neftçi”dən gedəcəyinizi gözləyirdiz?
- Müqavilənin müddəti başa çatmışdı. Mənə dedilər ki, yeni müqavilə imzalanmayacaq. Düzünü deyim ki, “Neftçi”dən belə münasibət gözləmirdim. Amma komandamı dəyişmək barədə düşündüyümü də etiraf etməliyəm. Çünki “Neftçi”də az oynayırdım. Oyun təcrübəsi sarıdan korluq çəkirdim.
 
- “Xəzər Lənkəran”ın sizi öz sıralarına cəlb edəcəyinə dair xəbərlər dolaşırdı...
- Bəli, mən hətta baş məşqçi Yunis Hüseynovla da görüşmüşdüm. Müqavilənin detallarını müzakirə etmişdik. Yalnız müqaviləyə imza atmaq qalırdı. Amma sonda heç nəyə imza atası olmadıq. “Xəzər Lənkəran” danışıqları davam etdirmək istəmədi. Yəqin ki, Yunis Hüseynov əvvəlki fikrini dəyişdi.
 
- Hazırda başqa təkliflər var?
- Bəli. Lakin düşünmək üçün bir qədər vaxt istəmişəm. Səhv etmək istəmirəm.
 
- Nəyə üstünlük verəcəksiz?
- Qarşısına yüksək hədəflər qoymuş komandada çıxış etmək istəyirəm. Medal qazanmağa öyrənmişəm. Son iki mövsümdə Azərbaycan çempionatının qalibi olmuşam. Bu hissləri yenidən yaşamaq istəyirəm.

- Sizə elə gəlmir ki, “Neftçi” ÇL öncəsi bu qədər oyunçudan imtina etməklə tələsmiş oldu?
- Bu sualı məşqçilər korpusuna verməlisiz. Komanda çempion olmuşdu, hamı bunda müəyyən pay sahibi idi. Belə uğurlu mövsümdən sonra birdən-birə 6-7 oyunçudan imtina olunması səhv addım idi. Əgər bu oyunçular özlərinə yeni iş yeri tapa bildilərsə, deməli pis futbolçular deyildilər. Həm də “Neftçi”də pis futbolçu olmur.
 
- Avrokuboklardakı klublarımızdan nə gözləyirsiz?
- Mənə elə gəlir ki, “Neftçi” və “Xəzər Lənkəran” daha yaxşı nəticə göstərəcək. Onlar avrokuboklara daha yaxşı hazırlaşırlar.
 
- Bəs “Bakı” ilə “İnter”?
- Bütün klublarımıza uğurlar arzulayıram. Bu iki klub da yaxşı transferlər həyata keçirirlər. Amma güclü oyunçu yalnız uğurun yarısıdı. Onların birgə komanda oyunu sərgiləməsi daha çox vacibdi. Bütövlükdə, bütün klublarımıza azarkeşlik edəcəyəm. Avropada kimin nəyə qadir olacağı dəqiq bilinəcək.
 
- Hansınınsa qrup mərhələsinə vəsiqə qazanmasına ümidiniz var?
- Bu, çox çətindi. Çempionlar Liqasında bu şans ümumiyyətlə yoxdu. Ola bilər ki, Avroliqanın qruplarına düşmək mümkün olsun.
 
- “Neftçi”nin yoxlama oyununda Rusiyanın “Mordoviya” klubuna məğlubiyyətini necə qarşıladınız?
- Düzünü deyim ki, 4 cavabsız qolla uduzacaqlarını gözləmirdim. Yəqin ki, bu, toplanışın hələ yenicə başlaması ilə əlaqədardı.
 
- Necə düşünürsüz, “Neftçi” Çempionlar Liqasında yenidən Xorvatiya “Dinamo”su ilə düşsə, zaqreblilərdən ötən ilki məğlubiyyətin qisasını ala bilər?
- Bu, “Neftçi”nin düşəcəyi ən güclü rəqiblərdən biridi. Belə olsa, püşkün nəticəsini yenə uğursuz saymaq olar. “Dinamo”nu səfərdə yenmək mümkünsüzdü. Yalnız Bakıda nəyəsə ümid etmək olar. Bütövlükdə, revanşı mümkünsüz hesab edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.