24 iyun 2012 11:25
“İnanıram ki, bizə yaxşı rəqib düşəcək”
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov sabah keçiriləcək Avropa Liqasının püşkatma mərasimi öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim üçün rəqibin kim olmasının fərqi yoxdu. Əlbəttə, birinci təsnifat mərhələsində orta səviyyəli bir rəqiblə düşməyimizi istərdik. Amma istənilən halda, “Bakı” özünü sübut etməlidi. Hamı görür ki, “Bakı” ancaq öz ölkəsinin yığma üzvü olan futbolçularla güclənir. Çünki biz Avropa Liqasında uğur qazanmağa köklənmişik. Azərbaycanı layiqincə təmsl etmək istəyirik. Klubumuzu püşkatmada mən təmsil edəcəyəm. İnanıram ki, bizə yaxşı rəqib düşəcək”.