24 iyun 2012 22:48
Xəzər Lənkəran Rumıniya klubu ilə sülh bağladı (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “ağ-yaşıllar” bu dəfə Rumıniya klubu ilə qarşılaşıb.
Baş məşqçi Yunis Hüseynov yetirmələrini “Vasluy” ilə görüşdə sınayıb. O, bu oyunda komandanın aparıcı üzvləri ilə yanaşı baxışa çağırılan futbolçulara da şans verib. Qarşılaşmaya gəlincə, ilk yarıda rumınlar hesabı açsalar da, "ağ-yaşıllar" fasilədən sonra cavab qolunu vurublar. Görüş isə sülhlə bitib.
Xatırladaq ki, “Xəzər Lənkəran” Avstriyadakı ilk sınaq matçında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq” klubu ilə qarşılaşmış və 6:0 hesablı qələbəyə sevinmişdi. İkinci oyun isə Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı olmuşdu ki, həmin görüş uğursuz başa çatmışdı - 0:2.
Yoxlama oyunu
24 iyun
XƏZƏR LƏNKƏRAN – VASLUY - 1:1 (0:1)
35-ci dəqiqədə rumınlar hesabı açırlar - 0:1
67-ci dəqiqədə təmsilçimiz buraxılan qola cavab verir - 1:1
