24 iyun 2012 11:51
UEFA Rusiyaya daha bir cəza kəsdi
UEFA İntizam Komitəsi yenidən Rusiya Futbol İttifaqını cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna Rusiya milli komandasının azarkeşlərinin AÇ-2012-də qalmaqal yaratmaları səbəb olub.
A qrupunun son matçında Yunanıstanla görüşdən sonra rusiyalı azarkeşlərin qeyri-etik davranışları UEFA-nın diqqətindən yayınmayıb. Həmin oyundan sonra baş verənləri araşdıran UEFA İntizam Komitəsi Rusiya Futbol İttifaqına 35 min avro cərimə kəsib.
Qeyd edək ki, qrupun son görüşündə Yunanıstana 0:1 hesabı ilə uduzan Rusiya millisi mübarizəni dayandırmalı olmuşdu. DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olan ruslar AÇ-2012-dəki əvvəlki oyunlarına görə də sərt şəkildə cəzalandırılmışdı.
