24 iyun 2012 12:03
İnterin Sloveniya toplanışı davam edir (FOTOREPORTAJ)
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" Sloveniyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Sloveniya çempionu "Maribor" komandasıyla oyundan soran yetirmələrinə istirahət verən Kaxaber Tsxadadze iyunun 23-də məşq prosesini bərpa edib. Komanda üzvləri səhər trenajor zalında müxtəlif fiziki hərəkətləri yerinə yetiriblər. Sonradan məşq prosesi meydançada davam etdirilib. Axşam məşqində futbolçuları topla davranış və sürətli ötürmələr üzərində çalışıblar. Məşq prosesi uzaqdan qapıya zərbələr endirməklə başa çatıb.
