24 iyun 2012 00:14

“Avroliqada yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik”

Azerisport.az sizi Avropa Liqasına hazırlaşan “İnter”in yeni gürcü məşqçisi Zaur Svanadzenin müsahibəsi ilə tanış edir.
 
- Öncə məşqçilik karyeranız barədə danışmağınızı istərdik.
- SSRİ-nin son çempionatının başa çatmasından sonra İsvecrəyə yollandım və orada futbolçu karyeramı davam etdirdim. 1991-ci ildə oynayan məşqçi vəsifəsini təklif etdilər və mən də razılaşdım. Sonra həmin komandada məşqçi kimi çalışmalıydım. Lakin komanda maliyyə çətinliklərilə üzləşdi və mən də fəaliyyətimi dayandırmalı oldum. 1995-ci ildə İsveçin “Malbaryent” komandasına rəhbərlik etdim və orada demək olar 5 il çalışdım. 2000-ci ildə Gürcüstana qayıtdım və Tiflisin “Lokomotiv” komandasında çalışmağa başladım. Yeri gəlmişkən, Kaxaber Tsxadadze ilə birlikdə həmin komandada işləyirdik. Sonra biz birlikdə paytaxtın “Dinamo”sunu çalışdırmışdıq. Bundan sonra, mən yenidən İsveçə qayıtdım və orada 3 il fəaliyyət göstərdim. Sonra məni Gürcüstan U-19 komandasına dəvət etdilər və mənim son iş yerim Gürcüstanın U-21 komandası oldu və orada baş məşqçinin köməkçisi vəsifəsində çalışırdım. Əlavə edim ki, bir müddət Tiflis “Dinamo”sunun akademiyasının rəhbəri və “Lomotiv”in baş məşqçisi olmuşam.
 
- “İnter”ə keçidiniz necə baş tutdu?
- Öncə dediyim kimi, uzun müddət Kaxaber Tsxadadze ilə birlikdə çalışmışıq. Mənə “İnter”də bu vəzifəni tutmaq təklifini verəndə razılaşdım.
 
- Xatırlayırıq ki, bu vəzifəni hələ 2009-cu ildə tutmalıydınız. Lakin müəyyən səbəblərə görə Bakıya səfəriniz baş tutmamışdı.
- Bəli, hələ 2009-cu ildə “İnter”ə keçməyə yaxın idim, o zaman bütün detalları danışmışdıq, ancaq son anda məni milli komandadan buraxmadılar. Məhz buna görə o vaxt “İnter”ə qoşula bilmədim.
 
- “İnter”ə Türkiyə toplanışında qoşuldunuz və komanda ilə bir necə gün keçirdiniz. Bilmək istərdik, “İnter” necə təsir bağışladı? Kollektivlə tanışlıq necə keçdi?
- Baxmayaraq ki, Türkiyədə bir neçə gün keçirdim, komandada çox yaxşı işçi atmosferinin hökm sürdüyünü müşahidə etməyə macal tapdım. “İnter” mənə yaxşı təsir bağışladı. Yaxşı haldır ki, uşaqlar çalışmağa köklüdürlər. Biz komandanın avrokuboklarda və Azərbaycan çempionatında yaxşı çıxış etməsi üçün əlimizdən gələni edəcəyik.

(klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.