25 iyun 2012 13:38
Qarabağ başlayır
“Qarabağ” 2012-2013 mövsümünə start verir. Azerisport.az xəbər verir ki, mayın 11-də başa çatan ötən mövsümdən sonra istirahətə yollanan komanda bu gün yeni futbol ilinə qədəm qoyacaq.
Artıq Ağdam klubunun legionerləri də komandanın düşərgəsinə qayıdıblar. Bu gün saat 18:00-da məşqə çıxacaq komanda ilk hazırlığını Suraxanı qəsəbə stadionunda həyata keçirəcək.
Ayın 29-na kimi Bakıda çalışacaq komanda iyunun 30-da təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək.
