25 iyun 2012 13:55
Millimizin ilk rəqibi İngiltərə yığmasıdı
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyunun 27-dən iyulun 9-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Azerisport.az xəbər veror ki, Azərbaycan yığması ilk oyununu İngiltərəyə qarşı keçirəcək.
Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
1 iyul
14.30. Azərbaycan – İngiltərə
2 iyul
14.30. Azərbaycan – Belarus
3 iyul
13.15. İsveçrə – Azərbaycan
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib
