25 iyun 2012 14:46
Rəvan Bakını təmsil etmək istəmir
Növbəti mövsümə daha iddialı hazırlaşan, baş məşqçi postuna Türkiyənin tanınmış mütəxəssislərindən olan Cevat Güleri gətirən “Rəvan” adını və məkanını dəyişir. Bu barədə klubun vitse-prezidenti Bəhruz Şirəliyev azerisport.az saytına müsahibəsində məlumat verib.
Buna qədər ev oyunlarını Mərdəkanda keçirsə də, Bakını təmsil edən komanda birdəfəlik bu qəsəbəyə köçməyə qərar verib. Burada əsas məqsədlərdən biri də azarkeş dəstəyi əldə etməkdi. Komanda bu məqsədlə adını da dəyişməyə qərar verib. Böyük ehtimalla, “Rəvan” 2012-13-cü il mövsümündə Premyer Liqasında “Rəvan Mərdəkan” adı altında çıxış edəcək. Artıq rəhbərlik bununla bağlı sənədləşmə işlərini də yekunlaşdırmaq üzrədi.
