25 iyun 2012 16:22
İsgəndər Cavadov: İstənilən halda Neftçi Zestafonini keçməlidi
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov “Neftçi”nin Çempionlar Liqasında Gürcüstan “Zestafoni”si ilə düşməsinə münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycan və Gürcüstan çempionatlarını müqayisə edə bilmərəm. Heç “Zestafoni”nin də oyununu görməmişəm. Gürcüstan futbolçuları yığmada daha yaxşı çıxış edirlər, nəinki klublarda. İstənilən halda “Neftçi” bu rəqibi keçməlidi. Hər halda bu Zaqreb “Dinamo”su yox, orta səviyyəli bir klubdu. Əgər “Neftçi” “Zestafoni”ni məğlub edə bilməsə, bu, müvəffəqiyyətsizlik olacaq. Bütün mövsümü çempionluğa oynayıblar ki, “Zestafoni”yə uduzsunlar? Başqa çıxış yolları yoxdu”.