25 iyun 2012 16:59
Neftçi ilə Zestafoninin ilk matçının vaxtı dəqiqləşdi
Futbol üzrə Azərbaycan və Gürcüstan çempionlarının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyununun keçirilmə tarixi dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu komandaların ilk dueli Bakıda baş tutacaq.
Həmin oyun iyulun 17-də keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Gürcüstanda baş tutacaq.
