25 iyun 2012 17:36
“İnter mərhələ adlamağa borcludu”
“İnter”in meneceri Səbuhi Səfiyarlı Avropa Liqasının püşkatmasının nəticələrini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, Estoniyanın “Trans” klubuna rəqib olmaları ilə bağlı bunları dilə gətirib:
“Biz bütün potensial rəqiblərimizlə oynamağa hazır idik. Amma bizə reytinqcə daha zəif klublardan biri düşdü. Əvvəllər Azərbaycan klubları estonlarla qarşılaşmamışdılar. İndi isə birdən-birə iki klubumuz onlara rəqib oldu. Fikrimcə, Azərbaycan və Estoniya futbolunun səviyyəsini müqayisə etməyə dəyməz. “İnter” mərhələ adlamağa borcludu”.
