25 iyun 2012 17:56
Sumqayıt Antalyaspor və Elazığsporla qarşılaşacaq
“Sumqayıt” Futbol Klubu 2012/2013 mövsümünün hazırlıqlarına iyulun 2-də başlayacaq. Azerisport.az xəbər verir ki, Bernard Raabın rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı zamanı 5 yoxlama görüşü keçirəcək.
Artıq komandanın iki rəqibi məlumdu. Belə ki, “Sumqayıt” FK iyunun 19-da Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” və 26-da “Elazığspor”la üz-üzə gələcək.
Qeyd edək ki, “Antalyaspor” və “Elazığspor” gələn ay Qəbələdə təlim-məşq toplanışı keçəcək.
