25 iyun 2012 18:02
Daha bir Super Liqa klubu Azərbaycana gəlir
Daha bir Super Liqa klubu Qəbələyə gəlir. Azerisport.az xəbər verir ki, “Elazığspor”un ardınca “Antalyapor” da ölkəmizdə təlim-məşq toplanışı keçirmək qərarına gəlib.
Məlumata görə, Türkiyə klubu Qəbələdə toplanış keçirəcək. Onlar iyunun sonlarında qələbəyə gələcəklər.
Qeyd edək ki, Super Liqaya vəsiqə qazanan “Elazığspor” da iyunun 15-dən avqustun 3-dək “Qəbələ”də toplanış keçəcək. Elazığ klubu bu müddətdə Qəbələdəki “River Side” otelində məskunlaşacaq.
