25 iyun 2012 18:47
Vaqif Sadıqov: Klublarımızın hamısı mərhələ adlayacaq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Azərbaycan klublarının avrokuboklardakı rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.saytına müsahibəsində o, bu gün keçirilən püşkün nəticələri barədə bunları dilə gətirib:
“Püşkatma çox uğurludu. Əminliklə demək olar ki, bütün klublarımız mərhələ adlayacaqlar. Klublarımızın potensialı oynayacaqları rəqiblərdən daha yüksəkdi. Əgər hansısa möcüzə baş verməsə, bütün klublarımız növbəti mərhələyə adlayacaqlar. Mən Gürcüstan çempionu “Zestafoni”nin oyununu görmüşəm. “Neftçi” bu komandanı keçməyə borcludu. İki Estoniya klubuna gəlincə, “Xəzər Lənkəran” və “İnter” onları mübarizədən kənarlaşdırmaq üçün hər cüt şansa malikdilər”.