25 iyun 2012 19:05
Bakıdan Muraya təklif
"Bakı” Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniya klubu “Mura” ilə ilk oyunu Bakıda keçirməlidi. Lakin azerisport.az xəbər verir ki, paytaxt klubu qarşılıqlı razılıq əsasında ilk matçın səfərdə keçirilməsinə nail olmaq istəyir.
Məlum olduğu kimi, “zolaqlılar” hazırda Sloveniyada təlim-məşq toplanışındadılar. Məhz bu üzdən paytaxt klubu əlavə xərcə düşməmək üçün sloveniyalılarla ilk oyunun səfərdə keçirilməsinə nail olmaq arzusundadı.
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov məsələ ilə bağlı saytımıza açıqlamasında bunları söyləyib: “Biz ilk oyunun səfərdə keçirilməsinin əleyhinə deyilik. Bildiyiniz kimi, “Bakı” hazırda Sloveniyada toplanışdadı. Səfər oyunumuz isə hazırda məskunlaşdığımız məkandan cəmi 10 km aralıqda yerləşir. Buna görə də biz iyulun 5-də keçiriləcək ilk oyunu məhz Sloveniyada keçirib, ayın 12-də onları Bakıda qəbul etmək arzusundayıq”.
