25 iyun 2012 19:28
Avropa Liqasında bütün cütlüklər
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan klublarının da ilk rəqibləri bəlli olub.
Məlum olduğu kimi, Avroliqanın yeni mövsümündə ölkəmizi Azərbaycan kubokunun qalibi “Bakı”, Premyer Liqanın gümüş mükafatçısı “Xəzər Lənkəran”, eləcə də bürünc mükafatçı “İnter” təmsil edəcək. Bütövlükdə isə qitənin ikinci dərəcəli klub turnirinin birinci təsnifat mərhələsində 74 komanda mübarizə aparacaq. 74 cüt arasından çıxacaq 37 qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Hansı ki, növbəti mərhələdə onlara daha 43 komanda qoşulacaq və bu kollektivlər birgə üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Azərbaycan klubları ilkin təsnifat mərhələsində hamısı səpələnmişlər sırasında qərarlaşmışdı. Bu isə o demək idi ki, “İnter”, “Bakı” və “Xəzər Lənkəran” birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alan nisbətən zəif komandalarla üz-üzə gələcəkdilər. Lakin ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaqları halda bütün təmsilçilərimiz səpələnməmişlər arasında yer alacaqlar və bir qədər güclü klublarla üz-üzə gəlmək məcburiyyətində qalacaqlar.
Bütövlükdə, ilkin təsnifat mərhələsinin iştirakçılarının tam siyahısı belə idi:
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Twente (Hollandiya)
|
MTK (Macarıstan)
|
|
Lech (Polşa)
|
Metallurg (Skopye, Makedoniya)
|
|
Rosenborg (Norveç)
|
Şiauliai (Litva)
|
|
Elfsborg (İsveç)
|
Zimbru (Moldova)
|
|
Kalmar (İsveç)
|
JJK (Finlandiya)
|
|
Aktobe (Qazaxıstan)
|
Flamurtari (Albaniya)
|
|
St. Patricks (İrlandiya)
|
Cliftonville (Şimali İrlandiya)
|
|
Stabek (Norveç)
|
Torpedo (Kutaisi, Gürcüstan)
|
|
Gomel (Belarus)
|
UE Santa Coloma (Andorra)
|
|
Metallurg (Rustavi, Gürcüstan)
|
Llanelli (Uels)
|
|
Sarajevo (Bosniya və Herseqovina)
|
Crusaders (Şimali İrlandiya)
|
|
Bohemians (İrlandiya)
|
Jeunesse (Lüksemburq)
|
|
Senica (Slovakiya)
|
Mura (Sloveniya)
|
|
Osijek (Xorvatiya)
|
Celje (Sloveniya)
|
|
Hafnarfyordur (İslandiya)
|
Daugava (Latviya)
|
|
Levadia (Estoniya)
|
Zeta (Monteneqro)
|
|
Pünik (Ermənistan)
|
İBV (İslandiya)
|
|
Dacia (Moldova)
|
Narva (Estoniya)
|
|
BAKI (AZƏRBAYCAN)
|
Hibernians (Malta)
|
|
Borac (Bosniya və Herseqovina)
|
Floriana (Malta)
|
|
Metallurg (Liepaya, Latviya)
|
Tor Akureyri (İslandiya)
|
|
Bangor City (Uels)
|
Ordabasi (Qazaxıstan)
|
|
Differdange (Lüksemburq)
|
Jetisu (Qazaxıstan)
|
|
Honved (Macarıstan)
|
Nomme (Estoniya)
|
|
Suduva (Litva)
|
NSİ Runavik (Farer adaları)
|
|
Jagodina (Serbiya)
|
Portadown (Şimali İrlandiya)
|
|
MYPA (Finlandiya)
|
Grevenmacher (Lüksemburq)
|
|
Tirana (Albaniya)
|
Gandzasar (Ermənistan)
|
|
Olimpija (Sloveniya)
|
Çelik (Monteneqro)
|
|
Renova (Makedoniya)
|
Eschen/Mauren (Lixtenşteyn)
|
|
İNTER (AZƏRBAYCAN)
|
Teuta (Albaniya)
|
|
Rudar (Monteneqro)
|
Vikingur (Farer adaları)
|
|
KuPS (Finlandiya)
|
FC Santa Coloma (Andorra)
|
|
Shkendija (Makedoniya)
|
Cefn Druids (Uels)
|
|
Birkirkara (Malta)
|
Shirak (Ermənistan)
|
|
Streymur (Farer adaları)
|
La Fiorita (San Marino)
|
|
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN)
|
Libertas (San Marino)
|
Lakin püşkatmadan bir neçə saat öncə UEFA müəyyən məqamları nəzərə almaq şərtilə iştirakçı klubları müxtəlif qruplara ayırmışdı. Rəqiblər də məhz həmin qruplara əsasən bölüşdürülmüşdü. Nəticədə klublarımızın daha da konkretləşmiş potensial rəqiblərinin siyahısı belə idi:
"Bakı": FC Santa-Coloma, Mura, Floriana, Ordabasi, Libertas.
"İnter": MTK, Çelik, Torpedo (Kutaisi), Grevenmacher, Trans.
“Xəzər Lənkəran": Jetısu, Metallurg (Skopye), Jeunesse, Zeta, Nomme Kalju.
Püşkatma nəticəsində “Bakı” Sloveniya “Mura”sı ilə düşdü. “Xəzər Lənkəran” və “İnter”in bəxtinə isə Estoniya klubları – müvafiq olaraq “Nomme Kalju” və “Trans” çıxdı. Hər halda bütün klublarımızın kifayət qədər münasib və keçiləsi rəqiblərlə düşdüyünü demək olar.
Bütövlükdə isə, birinci təsnifat mərhələsində mübarizə aparacaq bütün cütlüklər aşağıdakı kimidi:
İNTER – Trans
Senica – MTK
Tirana – Grevenmacher
Torpedo (Kutaisi) – Aktobe
Borac – Celik
BAKI – Mura
Elfsborg – Flroiana
Renova – Libertas
FC Santa Coloma – Osijek
Jagodina – Ordabası
Differdange – Runavik
Rosenborg - Crusaders
MYPA - Cefn Druids
Şiauliai – Levadia
Bohemians – Tor Akureyri
Sarajevo – Hibernians
Twente – UE Santa Coloma
Rudar – Shirak
Flamurtari – Honved
Dacia – Celje
Suduva – Daugava
KuPS – Llanelli
Kalmar – Cliftonville
Vikingur – Gomel
Hafnarfyordur - Eschen/Mauren
Lech – Jetısu
XƏZƏR LƏNKƏRAN – Nomme Kalju
Birkirkara – Metallurg (Skopye)
Zeta – Punik
Teuta – Metallurg (Rustavi)
Olimpia – Jeunesse
Streymur – Gandzasar
Sent-Patriks – İBV
Metallurg (Lieapaya) - La Fiorita
JJK – Stabek
Zimbru – Bangor City
Shkendija – Portadown
Sonda onu da qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 5-də, cavab qarşılaşmaları ayın 12-də keçiriləcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, ilkin təsnifat mərhələsinin 37 qalibinə növbəti mərhələdə daha 43 komanda qoşulacaq və bu kollektivlər üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər. Bu gün keçirilən püşkatmada ikinci təsnifat mərhələsində də kimlərin qarşılaşacağı dəqiqləşib.
Gözlənildiyi kimi, klublarımızın bəxtinə növbəti mərhələdə daha çətin rəqiblər düşüb. Təbii ki, mərhələ adlayacaqları halda...
Xəzər Lənkəran/Nomme Kalju - Lech (Polşa)/Jetısu (Qazaxıstan)
İnter/Transa - Asteras (Yunanıstan)
Bakı/Mura - CSKA (Sofiya, Bolqarıstan)
İkinci təsnifat mərhələsinin oyunları 19-26 iyul tarixlərində keçiriləcək.
