25 iyun 2012 20:02
AÇ-2012: Cüneyt Çakır daha bir təyinat aldı
Türkiyəli baş hakim Cüneyt Çakır futbol üzrə 2012-ci il Avropa çempionatında növbəti təyinat alıb. Azerisport.az xəbər verr ki, 36 yaşlı referi iyunun 27-də İspaniya və Portuqaliya yığmaları arasında keçiriləcək yarımfinal matçının baş hakimi olacaq.
Oyun Ukraynanın Donetsk şəhərindəki “Donbass-Arena”da baş tutacaq.
Ertəsi gün Polşanın paytaxtı Varşavadakı Milli stadionda isə Almaniya ilə İtaliya milliləri üz-üzə gələcək. Bu görüşü isə fransalı referi Stefan Lannua idarə edəcək.
