25 iyun 2012 20:15
Georgi Nikolov: Püşkdən razı qaldım
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsində onlara rəqib olan Estoniyanın “Trans” klubu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, püşkün nəticəsi barədə bunları dilə gətirib:
“Mən püşkün nəticəsindən razı qaldım. Əlbəttə, daha güclü rəqiblə də qarşılaşa bilərdik. Məsələn, Macarıstanın MTK klubu da var idi. “Trans” pis komanda deyil. İnternetlə oyunlarına da baxmışam. Heyətində daha çox Vitali Kutuzov diqqətimi çəkdi. Daha iki futbolçusu əvvəllər Ermənistanın “Ulisses” klubunda çıxış edib. “Trans”la iki oyunu izlədikdən sonra kimin güclü olduğunu dəqiqliklə demək mümkün olacaq. İndidən proqnoz vermək çətindi. Amma məncə “İnter” daha təcrübəlidi və mərhələ adlamalıdı. Hər şeyə meydanda aydınlıq gələcək”.
