25 iyun 2012 20:23
Zestafoninin prezidenti: Neftçi ilə oyunun favoritiyik
Gürcüstanın “Zestafoni” klubunun prezidenti İlia Kokaya UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində onlara rəqib olan Azərbaycanın “Neftçi” komandası barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Biz cütün favoritiyik. Ümid edirəm ki, “Neftçi”ni məğlub edəcəyik. Amma rəqib komandanın baş məşqçisi Böyükağa Hacıyevin sözləri heç də xoşuma gəlmədi. O, bildirdi ki, süni qazonda oynamalı olacağıq. Bu, futbol üçün çox pisdi”.