25 iyun 2012 21:57
Böyükağa Hacıyev: Zestafoni dişimizə görə rəqibdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının bu gün baş tutan püşkatma mərasimindən dərhal sonra Nyonda olan azerisport.az saytının müxbirinin suallarını isti-isti cavablandırıb. O, Gürcüstanın “Zestafoni” klubu ilə düşmələrini belə şərh etdi:
- Bütün potensial rəqiblərimiz çox güclü komandalar idi. “Zestafoni” isə “Neftçi”nin dişinə görə rəqibdi. Çalışacağıq ki, Azərbaycanı Çempionlar Liqasında layiqli şəkildə təmsil edək. Gürcüstan çempionunu mübarizədən kənarlaşdırmağa çalışacağıq.
- Deyəsən, zəif rəqiblə düşdüyünüz üçün sevinclisiz?
- Əlbəttə, hər şey gözəl alındı. Bizim bəxtimiz gətirdi.
- Əlbəttə, hər şey gözəl alındı. Bizim bəxtimiz gətirdi.
- İlk oyunun Bakıda keçirilməsi gürcülərə daha çox sərf etmir ki?
- Bilirsiz, qalib komanda üçün harda başlamağın fərqi yoxdu. Özü də Gürcüstan bizimlə qonşu ölkədi. Səfərimiz elə də uzun sürməyəcək.
- Bilirsiz, qalib komanda üçün harda başlamağın fərqi yoxdu. Özü də Gürcüstan bizimlə qonşu ölkədi. Səfərimiz elə də uzun sürməyəcək.
- Cütün favoriti qismində kimi görürsüz?
- Şübhəsiz ki, özümüzü – “Neftçi”ni.
- Şübhəsiz ki, özümüzü – “Neftçi”ni.
- Hətta gürcülərin reytinqə görə bizdən çox öndə qərarlaşmasına, səpələnmişlər siyahısında yer almasına rəğmən?
- Bu, məni qətiyyən düşündürmür. “Zestafoni” Zaqreb “Dinamo”su, Belqrad “Partizan”ı deyil.
- Bu, məni qətiyyən düşündürmür. “Zestafoni” Zaqreb “Dinamo”su, Belqrad “Partizan”ı deyil.
- Siz “Bakı”nı çalışdırarkən Gürcüstanın “Sioni” klubu ilə qarşılaşmısız. Amma iki oyunun nəticəsinə görə mərhələ keçə bilməmişdiniz...
- İndi revanş vaxtıdı. “Zestafoni” üzərində qələbə “Sioni”yə uğursuzluğu unutduracaq.
