25 iyun 2012 22:07
Mura Bakını bu arenada qəbul edəcək (FOTO)
Sloveniyanın “Mura” klubunun prezidenti Miroslav Topiç komandasının Avropa Liqasındakı ev oyununu harda keçirəcəyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, bu məsələdən danışarkən aşağıdakıları qeyd edib:
“Biz öz ev oyunlarımızı keçirdiyimiz “Fazaneriya” stadionunda vacib təmir işlərini aparmışıq və UEFA-dan xahiş etmişik ki, öz rəsmilərini göndərib, burda Avropa Liqasının matçlarını keçirməklə bağlı razılığını versinlər. Hələlik cavab almamışıq. Ona görə də “Bakı” ilə Lendavadakı stadionda qarşılaşmalı olacağıq”.

Qeyd edək ki, bu “Lendava İdman Parkı” adlanan bu stadion 2000 azarkeş tutumuna malikdi. “Mura” isə “Bakı”nın birinci təsnifat mərhələsindəki rəqibidi.